Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
ÖLKƏ

2 yaşlı Zəhranın öldürüldüyü yerə baxış keçirildi- Nazir cəbhə xəttində

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən cəbhə xəttində yerləşən birləşmə və hərbi hissələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılıb.

Lent.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, qəfil yoxlama zamanı döyüş tətbiqi üzrə qoşunlara verilən qərarlar dəqiqləşdirilib, bütün qoşun növləri  və qisimlərinin qarşılıqlı əlaqədə fəaliyyət məsələləri bir daha öyrənilib.

Müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə olan general-polkovnik Zakir Həsənov şəxsi heyət, döyüş texnikaları və digər hərbi vasitələrin hazırlığı və  tətbiqi məsələləri ilə maraqlanıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbərliyi Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Füzuli rayonu Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olduğu yerə baxış keçirərək mərhumların yaxınlarına baş sağlığı verib. Sakinlərlə görüşdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində əlavə tədbirlərin görüldüyü də diqqətə çatdırılıb.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + eight =

Close
Close