İmişlidə 10 yaşlı uşaq atdan yıxılaraq ölüb. “Yenigündəm.az” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında İmişli rayonunun Aranlı kəndindən 10 kilometr aralıda yerləşən fermada baş verib.
İmişli rayonu Aranlı kənd sakini, 2007-ci il təvəllüdlü Bəylər Kənan Vüqar oğlu atı minərkən yıxılıb. Ağır travma alan azyaşlı hadisə yerindəcə ölüb.
Hadisə baş verərkən uşağın nənəsi yanında olub.Faktla bağlı araşdırma aparılır.

PAY