https://101.az/Banner/index/5

Səhər saatlarında Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında xəsarət almış şəxslərdən daha bir ölüb.

“Report”un xəbərinə görə, Abdullayev Azad Vəli oğlu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı dördə çatıb. 3 nəfərin və yaralananlardan ikisinin şəxsiyyəti müəyyənləşib. Onlardan biri 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu və 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu qəza nəticəsində ölüb.

Həmçinin qəza nəticəsində yaralanan 4 nəfərdən ikisinin adı məlum olub. Bunlar Qəhrəmanova Aqilə Canhəsən qızı və Əliyev Zaurdur. Yaralılardan birincisi Qaradağ xəstəxanasına, ikincisi isə 1 saylı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Digər iki yaralının xəsarətləri yüngüldür. Onların adı hələ ki, məlum deyil.

PAY