https://101.az/Banner/index/5

Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindəki döngədə “Kamaz” və “Shagman” markalı yük avtomobili toqquşub.

Nəticədə 2 nəfər xəsarət alıb.

Bunlar “Kamaz”ın sürücüsü, 1982-ci il təvəllüdlü İsgəndərov Araz Lətif oğlu və adı hələlik məlum olmayan “Shagman”ın sürücüsüdür.

Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. A.İsgəndərovun vəziyyəti ağırdır. Digər sürücüyə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.report.az

PAY