Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
GÜNDƏM

Cəlilabadda evdən 3 min manatdan çox oğurluq olub

Cəlilabad rayonunda yaşayış olmayan evdən oğurluq edilib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Vuqar Niftullayev küçəsində Alxas Məmmədova məxsus evdə baş verib.

Belə ki, uzun müddətdir Bakıda yaşayan ev sahibi rayona gələrkən şəxsi mənzilinin qapısının üzərindəki kilidin sındırıldığını görüb. Məlum olub ki, naməlum şəxs və ya şəxslər evdən bahalı məişət və cehizlik əşyalarını oğurlamaqla A.Məmmədova, ümumilikdə, 3 min manatdan çox zərər vurublar.

Zərərçəkən “Report”un yerli bürosuna bundan əvvəl də onun evindən oğurluq etmək məqsədilə zirzəmidəki pəncərənin şüşəsinin sındırıldığını, lakin mənzilə giriş olmadığından oğruların istəyinə nail ola bilmədiyini söyləyib.

Faktla bağlı araşdırma aparılır.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 5 =

Close
Close