Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
GÜNDƏM

Rusiyanın “Mi-28” hərbi helikopteri Suriyada məcburi eniş edib

Rusiyanın Suriyadakı hərbi bazasının “Mi-28” hərbi helikopteri məcburi eniş edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Suriyanın Hama əyalətində “Mi-28” helikopteri başqa bir “Mi-28”i müşayiət edərkən baş verib.

Məcburi enişə səbəb kimi helikopterin nasaz olması göstərilib.

Xəbərdə ekipaj üzvlərinin xəsarət almadıqları bildirilib. Onlar axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılaraq aerodroma çatdırılıblar.

Helikopterə baxış keçirilib, atəş izi aşkarlanmayıb.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + eleven =

Close
Close