Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
GÜNDƏM

Şəmkirdə quldurluq edənlər tutuldu

Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində oktyabrın 4-də quldurluq hadisəsi baş verib. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, həmin gün saat 23 radələrində Yeganə Məmmədovanın evinə qapını gərib açmaq yolu ilə girən 2 maskalı şəxs ona xəsarət yetirib, qızı Səkinəni və oğlu Əlini öldürəcəkləri ilə hədələyərək oradan 140 manat və 10000 rubl (295 manat) pul aparıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədənlər müəyyən edilib və Zəyəm Cırdaxan kənd sakini İlkin Babayev və əvvəllər məhkum olunmuş Toğrul Babayev şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Həmin şəxslər bu əməli tamah məqsədi ilə törətdiklərini və əldə etdikləri pulu aralarında böldüklərini etiraf ediblər. Polis əməkdaşları tərəfindən maddi sübutlar onlardan götürülüb. Faktla bağlı cinayət işi başlanıb.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =

Close
Close