https://101.az/Banner/index/5

00:45

“Bakıda yerləşən ali məktəblərdə təhsil alan tələbələrin ehtiyacını nəzərə alaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir yataqxana kompleksinin tikintisinə başlanıb. Yataqxana növbəti dərs ilində tələbələrin istifadəsinə veriləcək”.

“Yenigundem” xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış və hazırda 12 ali təhsil müəssisəsinin iştirak etdiyi “Maarifçi” Tələbə Kredit Fondu aztəminatlı ailələrdən olan 118 tələbəyə təhsil krediti təqdim edib. Onu da bildirirəm ki, cari tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz təqdim olunacaq. Bununla belə, proqramın genişləndirilməsi üçün dövlət dəstəyinə ehtiyac duyulur”, – deyə nazir əlavə edib.

PAY