https://101.az/Banner/index/5

 

 

 

10 Oktyabr, 2017 12:49

Baki Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Nikolaos Kanellos ilə görüşüb.

“Yenigundem” xəbər verir ki, Ali Məktəbdən “Report”a verilən məlumata görə, görüş zamanı səfirə ali təhsil müəssisəsinin yaranma tarixi, tədris prosesi, beynəlxalq əlaqələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən rektor iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb.

E.Qasımov qeyd edib ki, cari ildə Erasmus+ proqramı çərçivəsində BANM-in 5 tələbəsi Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) təhsilini davam edəcəklər: “Gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və tələbələrin sayının artırılması nəzərdə tutulur”.

N.Kanellos Azərbaycanla əlaqələrin Yunanıstan üçün prioritet istiqamətlərdən biri olduğunu, xüsusilə təhsil və elm sahələrində qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini deyib.

Görüşdə gələcək əməkdaşlıq, tələbələrin və professor-müəlim heyətinin mübadiləsi və elmi tədqiqatlar sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Yenigundem.Az

PAY