Cənubi Koreyanın Miran şəhərində xəstəxanada yanğın baş verib.

“Yenigundem” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Renhap” agentliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə nəticəsində 31 nəfər həlak olub, daha 40 nəfər xəsarətlər alıb. Yanğın baş verən zaman xəstəxanada 100-ə yaxın xəstə olub.

Yanğın binanın birinci mərtəbəsində yerləşən təcili tibbi yardım bölməsində qeydə alınıb. Yanğınsöndürənlər səyi nəticəsində 1 saat 40 dəqiqədən sonra alovun qarşısını almaq mümkün olub.

***

Yanğın zamanı ölənlərinin sayının 41 nəfər olduğu açıqlanıb. Yaralı sayı 70-dən çoxdur. Yarlılardan 10 nəfərin vəziyyəti ağırdır.

Hadisə zamanı xəstəxanada 200-ə yaxın xəstə və həkim olub.

PAY