“Instagram”ın mövcud olduğu bütün ölkələrdə bu sosial şəbəkənin işində fasilələr yaranıb.

“Yenigundem” TASS-a istinadən xəbər verir ki, bu barədə məşhur internet resurslarının iş fəaliyyətinə nəzər salan “Downdetector” servisinin rəsmi saytında məlumat yayılıb.

Problemlərin Bakı vaxtı ilə saat 22:13-dən yarandığı bildirilir.

“Downdetector”-un məlumatına görə, fasilələr İtaliya, İspaniya, Fransa, Hollandiya, Almaniya, Polşa, Ukrayna, Böyük Britaniya, ABŞ və Braziliyada yaranıb. Bu ölkələrdə istifadəçilər sosial şəbəkəyə daxil ola və şəxsi lentlərinə nəzər sala bilməyiblər.

PAY