https://101.az/Banner/index/5

25 yanvar 2018-ci il saat 18:00 da Mədəniyyət və Turizim Nazirliyinin, Bakı Yunis Əmrə İnstitutu, Gənc Tamaşaçılar Teatrı və EMEDIA GROUP Media Holdinqin təşkilatçılığı ilə Beynəlxalq layihə, Türk xalqlarının ortaq qəhramanı olan Koroğlu dastanının motivləri əsasında “Eşq-i Nigar” tamaşasının tam fərqli müasir formada Qala gecəsi , Gənc Tamaşaçılar Teatrında baş tutdu.

“Yenigundem” xəbər verir ki,Məhz Azərbaycanda bu ilk idiki Teatr tamaşasının Qala gecəsi oldu. Səhnə Redaksiyasının müəllifi və musiqi tərtibatçısı Amaliya Ömərova, Tamaşanın bədii rəhbəri teatrın baş rejissoru Bəhram Osmanov, Qurluşçu rejissoru Ayla Həşimova, Qurluşçu rəssam Elşən Sərxanoğlu, Oranjeman Ramiq Nəsirov, Tamaşanın plastik həlli Ceyhun Dadaşov, Rejissor assistenti Günay Qasımova olmuşdur.
Aktyorlar:
Koroğlu obrazı – Manaf Dadaşov
Nigar obrazı – Zülfiyyə Alhüseynova
Dəli Həsən obrazı – Aydın Dəmirov
Aşıq Cunun obrazı – Ramiq Nəsirov
Alı kişi və Eyvazın atası obrazı – Eyvaz İbrahimov
Burcu Sultan obrazı – Vahid Orucoğlu
Bəlli Əhməd obrazı – İlham Əsədov
Giziroğlu Mustafabəy obrazı – Anar Seyfullayev
Eyvaz obrazı – Anar Səfiyev
Dəmirçioğlu obrazı – Ramil Məmmədov
Aslan Paşa obrazı – Elgün Yəhyayev
Gecədə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi, Bakı Yunis Əmrə İnstitutunun müdiri Cihan Özdemir, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, Azərbaycan Kulnariya Mərkəzinin rəhbəri Tahir Əmraslanov, Türk evinin sədri Nərmin Çingizqızı, E MEDIA GRUP Media Holdinqin sədri Elşən Əliyev, Gəncliyə Yardım Fondunun sədri Salman Əliyev, Ramiz Əsgər, Folklyor İnstitunun müdiri Əli Şamil və s. iştirak etmişdi.
Tamaşanın sonunda səhnədə Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, Bakı Yunis Əmrə İnstitunun müdiri Cihan Özdemir, Səhnə Redaksiyasının müəllifi və musiqi tərtibatçısı Amaliya Ömərova, E MEDIA GRUP Media Holdinqin sədri Elşən Əliyev çıxışları ilə aktyorları təbrik edərək Diplomlarla təltif etmişdilər.

PAY