Azərbaycanın strateji valyuta ehtiyatları 11% artıb

0
10341

Azərbaycanın strateji valyuta ehtiyatları 2017-ci ilin əvvəlinə nəzərən 4,2 mlrd. ABŞ dolları artaraq bu ilin əvvəlinə 42 mlrd. dollar təşkil edib.

“Yenigundem”in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ilin yekunları ilə bağlı iclasda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları isə hesabat ilində 34% artaraq 2018-ci ilin əvvəlinə 5,3 mlrd. dollara çatıb.

PAY