Moskva hava limanlarında 120-dən çox reys ləğv edilib və ya gecikib.

“Yenigundem” xəbər verir ki, bu barədə “Yandex. Cədvəl” xidmətinin məlumatında qeyd olunur.

Bakı vaxtı ilə 23:00-a olan vəziyyətə görə, Domodedovoda 16 reys gecikib, daha 15-i ləğv olunub.

Şeremetyevo hava limanında 76 reysdə gecikmə qeydə alınıb. Bundan əlavə Vnukovoda 17 reys gecikib, daha 1 reys isə ləğv olunub.

PAY