Dəmir yolunda icrası davam etdirilən irihəcmli layihələrin başa çatdırılmasından sonra yük dövriyyəsinin yüksək həddə çatması gözlənilir və bu məqsədlə də texniki sahədə əsaslı işləri görülür.

“Yenigundem” xəbər verir ki, Azərbaycan dəmir yollarında proqnozlaşdırılan gələcək yük dövriyyəsi imkanlarının genişləndirilməsini nəzərə alaraq, Heybət stansiyasında ümumi uzunluğu 3,1 kilometr təşkil edən əlavə 4 stansiya yolunun qoyuluşuna başlanılıb.

Qeyd edək ki, Heybət stansiyasında əlavə stansiya yollarının salınması işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir. Müəssisənin direktor müavini Şəmsəddin Talıbov məlumat verərək bildirib

ki, hazırda torpaq yatağının işlənməsi prosesi gedir.

PAY