DÜNYA

İran yeni ballistik raketini təqdim etdi

Bu gün İran yeni “Qədr” ballistik raketini nümayiş etdirib.

“Yenigundem” APA-ya istinadən xəbər verir ki, 2 min km uçuş məsafəsi olan raket bu gün Tehranda İslam İnqilabının 39-cu ildönümü ilə bağlı keçirilən təntənəli mərasimdə nümayiş etdirilib.

Raket hərəkətdə olan buraxılış qurğusundan və buraxılış şaxtasından atıla bilər. “Qədr” ballistik raketi radardan gizlənməyə imkan verən sistemlə təchiz olunub.

Mərasimdə “Fajr 5” yaxın mənzilli raketi və tank əleyhinə idarə olunan “Toufan 2-M” raketi də nümayiş olunub. Eyni zamanda son sınaq mərhələsində olan “Fateh” sualtı qayığı da nümayiş etdirilib.

Məqalələr

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

20 − 18 =

Kapalı
Kapalı