Londonun  beynəlxaq aeroportlarından biri olan “City” yaxınlıqda aparılan tikinti işləri zamanı tapılan bombaya görə bağlanıb.

“Yenigundem” “BBC” yə istinadən xəbər verir ki, həmin bombanın İkinci Dünya Müharibəsindən qaldığı bildirilir. Bu səbəbdən aeroportdakı bütün uçuşlar ləğv edilib, eyni zamanda, yaxınlıqdakı metro stansiyaya da giriş bağlanıb.

Qeyd edək ki, 1987-ci ildə inşa edilən “City” aeroportu Londondakı beynəlxalq aeroportlar içərisində ən çox sərnişini olan beşinci aeroportdur.

PAY