Bakı metrosunun “İnşaatçı”lar stansiyasında intihara cəhd hadisəsi baş verib. 

“Yenigundem”in verdiyi xəbərə görə, hadisə bir neçə dəqiqə əvvəl baş verib.

Orta yaşlı qadın qatar reyslərinin üstünə düşüb. Onu qatar yolundan çıxarıblar.

***

“Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev “Yenigundem”e açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, Həzi Aslanov-Dərnəgül stansiyası istiqamətində hərəkət edən 35 saylı qatar “İnşaatçı”lar stansiyasın daxil olarkən qadın relslərin üzərinə yıxılıb: “O qatarın altından çıxarılıb, xəsarət almayıb. Hazırda qadının kimliyi müəyyənləşdirilir”.

 

PAY