Martın 18-də keçiriləcək “Uzun, incə bir yoldayam” adlı konsert proqramında müxtəlif illərdə oxunan mahnılarla yanaşı, yeni ifalar da təqdim olunacaq: “Konsertdə təkcə Azərbaycan bəstəkarlarının mahnıları yox, eyni zamanda rus, italyan, hind musiqiləri, təsəvvüf musiqiləri də səslənəcək”.

Konsert saat 19:00-da keçiriləcək. Biletləri mərkəzləşdirilmiş kassalardan, ASAN Xidmətin kassalarından və iticket.az saytından əldə etmək olar.

Qeyd edək ki, “Savalan” qrupunun bədii rəhbəri Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsini bitirib.

Novruz Novruzlu hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Akademiyanın Folklyor instutunun nəznində olan Qorqud ansanbılında solist olaraq çalışır

PAY