Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev cənablarına

Cənab Ali Baş Komandan!
Razılıq hissi ilə bildiririk ki, Ulu öndərin veteranlara göstərdiyi qayğı bu gün də Sizin tərəfinizdən ardıcıllıqla yerinə yetirilir. Biz bunu Sizin hər il qəbul etdiyiniz Sərəncamlar və Fərmanlarda görürük.
Eyni zamanda Sizin 9 mart 2018-ci il tarixli Sərəncamınıza əsasən Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 000 (üç yüz min) manat ayrılmasına görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.
Ölkəmizin müstəqillik və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. Veteranlar həmişə Sizinlədir, Respublikanın ictimai-siyasi həyatında aktiv iştirak edəcəklər.

Dərin hörmətlə,
Respublika Veteranlar Təşkilatının sədri
general-polkovnik Tofiq Ağahüseynov

PAY