ÖLKƏ

İKİ DÖVLƏT TƏK MİLLƏT SEVGİSİ QƏLBLƏRDƏ DAİM YAŞAYACAQDIR

Böyük Türk dünyasının dahi Liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir” Heydər Əliyevin isə “Bir Millət İki Dövlət” kəlamlarına daim xidmət etmək məqsədi ilə türkiyədə fəaliyyət göstərən Medya Birliyinin Genel Başkanı və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Türkiyə Respublikasındakı nümayəndəliyinin sədri Sərdar Akyolun dəvəti ilə 29 oktyabr 2018 ci il tarixdə, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Uluxanlı Elşən, Milli Qəhrəmanlar Quliyev Zabit və Məmmədov Sahil məllimlə birlikdə Ankaraya gedərək bir xalq olaraq daim birlik və bərabərliyimizi bütün dünyaya nümaiş etdirmək məqəsdi ilə bir neçə işgüzar görüşlər keçirtmişlər.

30 oktyabr 2018 ci il tarixdə  Başkent Platformu Genel Başkanı Mustafa Kurt bəy Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin nümayəndə heyyətini qəbul edərək bir xalq olaraq daim birlik və bərabərliyimizi bütün dünyaya nümaiş etdirmək məqsədi ilə hər bir an türk xalqının yanında olduqlarını, birlik və bərabərliyimizi bütün dünyaya çatdırılması istiqamətində qarşıda duran tədbirlər barədə müzakirələr aparılaraq gələcəkdə hətyata keçiriləcək tədbirlər barədə müzakirələr aparılaraq bir neçə mövzu istiqamətində tədbirlərin keçirilməsi qərara alınmışdır.

“Yenigndem” xəbər verir ki, Daha sonra Ülkü Ocakları Eğitim ve Kültür Vakfı Genel Başkanı, Millət Vəkili Olcay Kılavuz bəy makamında Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Uluxanlı Elşən, Milli Qəhrəmanlar Quliyev Zabit və Məmmədov Sahili qəbul etmişdir.Olcay Kılavuz bəy qardaş azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək Milli Qəhrəman adına layiq görülmüş şəxslərlə görüşmə sevincini yaşatdıqlarına və dəvətini qəbul edib gəldiklərinə dərin minnətdarlığını bildirərək Azərbaycanın Milli Qəhrəmanlarını türkiyədə tanıdılması istiqamətində tədbirlərin keçirilməsinin vacibliyini bildirdi. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı “Bir millət iki dövlət” və “Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir” dahi Türk xalqının Liderləri tərəfindən söylənmiş kəlamlarını daim yaşatmaq və bu mənalı sözlərin mənasını gənclərə aşılamaq məqəsdi ilə həyata keçirtmək istədikləri tədbir barədə məlumat verdikdən sonra, müəllifi olduğu Azərbaycanın Milli Qəhrəmanları adlı kitabdan bir nüxsə Olcay bəyə hədiyyə olaraq təqdim etmişdir.Olcay Kılavuz bəy layihənin həyata keçirilməsinin vacibliyini bildirərək bu istiqamətdə lazımı işlərin həyata keçirilməsi barədə tapşırıqlar verərək bu istiqamətdə həyata keçiriləcək tədbirlər barədə müzakirələr aparılmışdır. Görüşün sonunda Olcay Kılavuz bəy Elşən Uluxanlını, Milli Qəhrəmanlar Zabit Quliyevi və Sahil Məmmədovu, Ülkü Ocakları Eğitim ve Kültür Vakfı tərəfindən hazırlanmış türk bayrağı rozeti ilə təqdim etmişdir.31 oktyabr tarixində, Azerbaycan Milli Qəhrəmanlarını Tanıtma İçtimai Birliyinin sədri Elşen Uluxanlı, Milli Qəhrəmanlar Zabit Quliyev, Sahil Məmmədov və Milli Qəhrəmanın oğlu Rəvan Məmmədov MHP lideri Devlət Bahçeliyi ziyarət etmişlər.Görüş zamanı  Azerbaycan Milli Qəhrəmanlarını Tanıtma İçtimai Birliyinin sədri Elşen Uluxanlı  MHP lideri Dövlət Baxçalıya hər bir zaman qardaş Türkiyə Respublikası tərəfindən Azərbaycanı canı-gönüldən müdafiə edərək dəstəklədiklərinə və Bir Millət iki dövlət olmanın haqqını səmimiyyətlə yerinə yetirdiklərinə görə təşəkkür etmişdir.Görüş zamanı Azerbaycan Milli Qəhrəmanlarını Tanıtma İçtimai Birliyinin sədri Elşen Uluxanlı MHP lideri Devlət Baxçalıya Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə misilsiz xidmətlər göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş  şəxslərin həyat və yaradıcılığından bəhs edən və müəllifi olduğu Milli Qəhrəmanlar adlı kitabını hədiyyə etmişdir.Elşen Uluxanlı bir millət iki dövlət anlayışını yaşadaraq gələcək nəslin də bu ruhda böyümələri üçün Azerbaycan Milli Qəhrəmanlarını Tanıtma İçtimai Birliyi tərəfindən həyata keçirtmək istədikləri tədbirlər barədə məlumat verərək mütamadi olaraq bu istiqamətdə tədbirlər həyata keçirtməklə dahi liderlərimizin ruhları qarşısında olan mənəvi borcumuzu yerinə yetirməklə bir daha birlik və bərabərlik içində olduğumuzu dünyaya bəyan etmiş olacağımız barədə MHP lideri Dövlət Baxçalıya məlumat vermişdir.MHP lideri Devlət Baxçalı azərbaycanı müdafiə etmək hər bir türkün mənəvi borcu olduğunu və qarabağ işğaldan azad edilən son günə kimi azərbaycan xalqının yanında olacaqlarını və bu istiqamətdə istənilən mübarizədə birlik və bərabərliklərini davam etdirəcəklərini bildirirərək Azerbaycan milli kahramanlarının ziyaretlerinden məmnun olduğunu  ve hər daim Azərbaycanın haqlı davasının yanında olduqlarını ifadə etdi.

MHP lideri Devlət Baxçalı bu istiqamətdə tədbirin həyata keçirilməısinin vacibliyini bildirərməklə yanaşı bu mövzuda bir ilk tədbir olacağını vurğulayaraq Elşən Uluxanlı tərəfindən irəli sürülmüş tədbirin həyata keçirilməsini dəsdəkləyəcəyini bildirərək bu barədə lazımı tapşırıqlarını vermişdir.MHP lideri Devlət Baxçalı Azərbaycanın Milli Qəhrəmanlarınna xatirə olaraq köstəkli saat hədiyyə edərək xatirə şəkili çəkdirmişdir.

Təbriz Məhərrəmoğlu

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =

Close
Close