MANŞETÖLKƏ

Rusiyada yaradılmış “Birlik” Konqreslər Assosiasiyasının təqdimat mərasimi keçirilib

Atatürk Mərkəzinin konfrans zalında, Rusiya Federasiyasının Sibir və Yaxın Şərq regionlarında fəaliyyət göstərən fəal diaspor təşkilatlarımızın təşəbbüsü ilə yeni yaradılmış Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının təqdimat mərasimi keçirilib.

Yeni yaranan Assosiasiyanın Amur və Saxalin vilayətlərindən olan vitse-prezidentləri Tofiq Niftəliyev və Nazir Hətəmov tədbirdəki çıxışlarında, yaratdıqları bu qurumu yüksək imicə malik bir diaspor təşkilatı, “Birlik” xətti ilə, milli mənafe naminə görəcəkləri vacib işlərin, keçirəcəkləri doğma Vətən, xalq mövzulu möhtəşəm tədbirlərin isə, daim yaddaqalan olması üçün, yorulmadan çalışacağını bildirib: “Çünki Azərbaycan torpağı bizim üçün müqəddəsdir, burda Vətən sevgimiz daha yüksəkdə dayanır. Bu səbəbdən, hər fürsətdə ağrılı problemimiz olan Qarabağ həqiqətləri ətrafında öz işlərimizi qurmağa çalışacağıq. Assosiasiyanın nizamnamə və məramnamə qaydalarına uyğun olaraq, çoxşaxəli bütün fəaliyyətlmizi mənfur düşmənin – erməni daşnaklarının vurulmasına yönəldəcək, güclü maddi-mənəvi dəstəkləri daim bu istiqamətlərə yönələn möhtəşəm işlərə sərf edəcəyik. Azərbaycan imicini yerli əhali arasında daha yüksəklərə qaldırmaq, bu yöndə canla-başla çalışıb, əlimizdən gələni əsirgəməmək bizim gundəlik əsas şüarımıza çevriləcək.
Onu da həmişə diqqətdə saxlayacağıq ki, həyata keçirəcəyimiz bütün tədbirlər yalnız Vətən naminə, sırf insanlıq xatirinə olsun. Aktiv fəaliyyətimiz və həyata keçirəcəyimiz Azərbaycan mövzusundakı fundamental layihəli çoxsaylı tədbirlərimizin müsbət,ürəkaçan nəticəsi kimi, assosiasiyaya üz tutan soydaşlarımız buraya adaptasiya olmaqda çətinlik çəkməsinlər”.
Dəyirmi masa xarakterli bu tədbirdə çıxış edən qonaqlar da, xaricdəki diaspor təşkilatlarımız arasındaki birlik və bərabərliyin vacibliyindən danışıblar. Eyni zamanda, doğma Vətənlərinin və həmvətənlərinin mənafeləri üçün uğurlu fəaliyyət göstərmək istəyənlərin bu addımını yüksək qiymətləndiriblər.

Tədbirdə iştirak edənlər sırasında Mərhəmət kimsəsizlərə yardım İB sədri İradə Polad Sədr müavini Fərhad Əliyev və Həkim Zəhra Aslanova-da iştirak ediblər.Sonda qonaqlarda bu qurumu yüksək qiymətləndirərək təbrik ediblər

“Yenigundem” kollektivi olaraq bizdə”Birlik” Assosiasiyasına gələcək fəaliyyətində uğurlar arzulayıb, hər zaman onların yanında olacağıq
Təqdimat mərasiminin sonunda yeni yaranan “Birlik” Assosiasiyasının prezidenti Mirkazım Seyidov və Vitse Prezidenti Nazir Hətəmov jurnalistlərin sualarını cavablandırıb

Təbriz Məhərrəmoğlu

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =

Close
Close