MANŞETÖLKƏ

Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

“Yenigundem” xəbər verir ki,1881-ci il 6 dekabr tarixində “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilmişdir.Beləliklə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf etmiş, o dövr üçün geniş telefon şəbəkəsi yaradılmışdır.Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi artıq 13 ildir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.Bu sahədə çalışanların fəaliyyətini motivasiya etmək üçün onlar mütəmadi olaraq fəxri adlarla təltif olunurlar.Sektoru təmsil edən rəhbər şəxs və nümayəndələrin üzərinə düşən isə yaradılan şəraitdən faydalanaraq ölkədə yüksək texnologiyalar sahəsinin inkişafını ən yüksək səviyyəyə çatdırmaq və Azərbaycanı İKT sahəsində lider dövlətə çevirməkdir.Ölkə başçısının rəhbərliyi ilə sahə üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzu edirik. Fürsətdən istifadə edərək rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibəti ilə səmimi qəlbdən təbrik edirik!

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 6 =

Close
Close