MANŞETREPORTAJ

Azərbaycanda Kriminal Janrda film çəkilir…

Tezliklə Xəzər tv-də yayımlanacaq kriminal janrda çəkilən “Keçmişin izində” Teleserialı Kamran Cəfərovun “Şifrələnmiş Braille” əsəri motivləri əsasında cəkilir.

Serialın quruluşçu rejissoru Şəhriyar Zeyninin verdiyi məlumata görə serialın çekimləri artıq başlayıb. Ssenari müəllifi Kamran Cəfərovdur. SKY production tərəfindən çəkilən bu serial kriminal aləmin bütün sirrlərini özündə saxlayan “Qara kitab” (Şifrələnmiş Braille) və baronların həyatından bəhs edir. Serialda qara işlərin uğur gətirəcəyi gözlənilsədə, məksədlər və nəticələr gözlənilməz olur, bunu serialımızın bölümlərində tamaşaçılarımız daha aydın görəcəklər deyən rejissor suallarımızı belə cavablandırıb.

– Bu serialın insanlara ötürəcəyi mesaj nədir?

– Əsərdən götürülmüş hadisələr əsasında çəkilir. Insanlara daha maraqlı olan mövzular, bəzi insanların gündəlik yaşamında baş verən hadisələri buna bağlaya bilərik.Burada məksədimiz, insanlara ötürmək istədiyimiz mesaj , həyatın görünməyən hadisələrini, yaşanan fəsadlarının yaxşı və pis tərəflərini göstərib, onları daha dürüst, vicdanlı, vəfalı,əqidəli yaşamağa cəlb etməkdi.

-Çəkilişlərinizdə narazılıq olub?

– Narazılıqlar olmasada hərdən başımıza istəmədiyimiz hadisələr gəlir. Məsələn o gün quruluşçu operatorumuz Naib Əhmədovun əlində qırılan Dron qanımızı qaraltsada, xoşuma gələn bir cəhət icraçı produsserlerin, Orxan Rzayev, İlkin Məmmədov və Taleh Mehdiyevin heyyətin əhval ruhiyyəsini qaldırmaqçün əllərindən gələni etmələri idi. Hələlik kiçik bir heyyətimiz olsada hamı mehriban,bacarıqlı və işinin profisianalıdır, bunun üçündə böyük prablem yaşamamışıq. Və hər şey istədiyimiz kimi olana qədər əlimizdən gələni edəcəyik.

– Serialda hansı aktyorlar rol alıb?

-Serialın əsas obrazları demək olarki qocaman aktyorlardı. Məsələn Xalq artisti Rasim Balayev, Əməkdar artist Nazir Rüstəmov, Əməkdar artist Pərviz Bağırov, Əməkdar artist Məhərrəm Musayev, Mithat Aydın, Sərdar Namazov, Ruslan Nəsirli, Hüseyn Nəsirov, Sirzad Pirallahı, Şahin Nəsirov, Orxan Rzayev, Orxan Məmmədov, Ülviyyə Ramazanova, Günel Məmmədova, Tural Baxış, Nəzakət Məmmədova, Taleh Mehdiyev və başqalari. Hazırda danışıqlar gedir, ola bilsin irəliləyən bölümlərdə Türkiyənin bəzi məhşur aktyorlarıylada müqavilə bağladıq,hələki o aktyorların adlarını açıqlamıram.

– Hazırda neçə bölüm çəkmisiz və hər bölümə nə qədər pul ayrılıb?

– Janırın və səhnələrin ağırlığını nəzərə alaraq hər bölümə 3 gün çəkiliş müddəti ayırmışıq. Amma buna baxmayaraq hazırda 7 ci bölümü bitirmək üzrəyik. Maddiyyata qalanda isə təbiiki tam dəqiq deyə bilməsəmdə onu bilirəm ki az pul xərclənməyib, hazırda bütün xərcləri Baş praduser, serialın rəhbəri Kamran Cəfərov qarşılayır. 

Coşqun Mənsimov:Müxbir

Yenigundem.az

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 13 =

Close
Close