GÜNDƏMKino-Dəb

Gülnarə Xəlilova Moda həftəsində kolleksiyalar təqdim edəcək-FOTOLAR

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova dekabrın 28-29-da İstanbulda keçiriləcək Moda həftəsində “Turan” və “Toxunuş” kolleksiyalarından olan 20 geyim təqdim edəcək. Bunu dizaynerin özü deyib.

AFWEU-nun təşkil etdiyi “Fashion Week Istanbul”da Türkiyə, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Nepaldan olan 15 məşhur dizaynerin kolleksiyaları da sərgilənəcək.

UNICEF-in rəsmi tərəfdaşı olan “Africa Fashion Week Europe/Asia Fashion Week Europe” (AFWEU, prezident – Aydın Acık) “Turkish Heart Foundation” ilə əməkdaşlıq edir.

Xatırladaq ki, G.Xəlilovanın kolleksiyaları daha əvvəl Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya və Qırğızıstanda keçirilmiş Moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla təqdim edilib.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 13 =

Close
Close