CƏMİYYƏTGÜNDƏM

“ABAD”ın daha bir bakaleyası “20 yanvar” “Bravo” hipermarketində açılıb

Burada kiçik ailə təsərrüfatlarında təbii şəraitdə ABADçılar tərəfindən hazırlanan məhsulları əldə etmək mümkündür. Qeyd edək ki, bununla da “ABAD”ın Bakı şəhərində yerləşən supermarketlərdəki bakaleyalarının sayı 4-ə çatıb.

“ABAD” bakaleya – “Bravo” Əhmədli hipermarket;

“ABAD” bakaleya – “Bravo” Koroğlu hipermarket;

“ABAD” bakaleya – “Bravo” Gənclik Mall Superstore;

“ABAD” bakaleya – “Bravo” “20 yanvar” hipermarket.

Xatırladaq ki, “ASAN xidmət” tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs ölkə başçısının Fərmanı ilə 2016-cı ildə yaradılıb. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə fəaliyyət göstərir.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 6 =

Close
Close