CƏMİYYƏT

“Azəristiliktəchizat” ASC “ASAN ödəniş” sisteminə uğurla inteqrasiya edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir. Belə ki, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) üzrə ödənişlərin “ASAN ödəniş” sisteminə inteqrasiyası uğurla başa çatdırılıb.

Agentlikdən “Yenigundem” -e verilən xəbərə görə, artıq yanvarın 24-dən etibarən vətəndaşlar həmin qurum üzrə ödənişlərini www.e-gov.azwww.asanpay.az portalı və ya “ASAN ödəniş” sisteminə qoşulmuş bütün ödəniş portalları və 10 mindən artıq ödəniş terminalları vasitəsilə həyata keçirməyə başlayıblar. Bununla da vətəndaşlar “Azəristiliktəchizat” ASC üzrə isti su təchizatına və istilik təchizatına görə ödənişlərini “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirə bilirlər.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi Prezident İlham Əliyevin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi və 79 yerli icra hakimiyyəti, 7 publik hüquqi şəxs və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla 123 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və s. 200-dən artıq xidməti üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirmək mümkündür. Müvafiq ödənişlər www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, “Elektron hökumət” portalı, eləcə də sistemə qoşulmuş 10 mindən artıq ödəniş terminalları, respublika ərazisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 3 =

Close
Close