CƏMİYYƏT

Bakıdakı bu binada sürücülər üçün otaq və camaşırxana ayrılıb “Hünər Qüllələri”ndən YENİLİK – VİDEO

Bakı Ağ Şəhər-in baş planına uyğun olaraq layihələndirilən “Hünər Qüllələri” öz fərqli konsepti ilə rəqiblərini geridə qoymağa davam edir. Ümumilikdə 83408 m2 ərazini əhatə edən layihənin sadəcə 30 %-i yaşayış sahəsinə aiddir. Geri qalan digər ərazilər isə sakinlərin ehtiyaclarını qarşılamaq üçün planlaşdırılan müxtəlif təyinatlı xidmət sahələrinə ayrılıb. Bu da bir daha onu göstərir ki, “Hünər Qüllələri” sakinlərini sadəcə yaşayış sahəsi ilə təmin etmir, həm də onların gündəlik ehtiyaclarını qarşılayıraq rahat həyat tərzi təqdim edir.

Layihəyə əsasən binaların ikisi yeraltı, ikisi yerüstü olmaqla dörd mərtəbəsi ümumi istifadə üçün nəzərdə tutulub. 2 yeraltı mərtəbədə 10000 m2  ərazi ümumi qaraj sahəsi və ehtiyat saxlanc yeri məqsədilə sakinlərin istifadəsinə veriləcək 116 fərdi depo üçün hesablanıb. Belə ki, “Hünər Qüllələri” müştərilərinə mənzil sayından daha çox avtomobil dayanacağı təqdim edir. 170 mənzilin sakinləri 214 dayanacaq yerindən istifadə edə biləcək. Bununla yanaşı binanın ətrafında da 36 avtomobilin dayanması üçün xüsusi ciblər nəzərdə tutulub. Həmçinin “Hünər Qüllələri”nin yaxınlığında yerləşən Fəvvarələr Meydanı Parkının altında 800 yerlik ictimai parkinq sahəsinin olması daha bir üstünlük yaradır.
Huner Group-un ən böyük inşaat layihəsi olan “Hünər Qüllələri”nin tikintisi, Bakının ən prestijli məkanında – Ağ Şəhər-də sürətlə davam edir.“1 mənzil sizdən, əlavə 14 otaq bizdən!” devizi ilə çıxış edən “Hünər Qüllələri”nin ən cəlbedici xüsusiyyəti Azərbaycanda ilk dəfə Flexhouse sistemini tətbiq etməkdir. Patenti yalnız Huner Group-a aid olan Flexhouse sisteminin məqsədi bir evə sığmayan bütün otaqları “qatlayaraq” mənzilinizə əlavə etməkdir. Belə ki, “Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq.
Yalnız sakinlər üçün nəzərdə tutulmuş Flexhouse sisteminə uşaqlarınızın rahat şəkildə oynaması üçün uşaq oyun zalı, xüsusi səs və görüntü sisteminə sahib kino zalı, karaoke otağı, içərisində müxtəlif alətlər olan musiqi otağı, özəl günlərinizi qeyd etmək üçün parti otağı, playstation otağı, qonaqlarınızı rahatlıqla yerləşdirə biləcəyiniz qonaq otağı, fitnes salonu, bütün növ avadanlıqlarla təchiz olunan özəl mətbəx, qapalı mini futbol və basketbol meydançası, bilyard salonu, bir neçə nəfərin rahat çalışa və mütaliə edə biləcəyi böyük iş otağı, xidməti avtomobillərin sürücüləri üçün nəzərdə tutulmuş sürücü otağı və paltar yuma, qurutma, ütüləmə avadanlıqlarna sahib camaşırxana daxildir.
20 mərtəbəli qüllələrin 3-cü mərtəbəsindən etibarən başlayan və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 168 premium mənzil və 2 penthouse tam təmirli və ən nəfis dizaynla, 30 % ilkin ödəniş və 36 ayadək faizsiz kreditlə müştərilərə təqdim edilir. “Hünər Qüllələri”ndən mənzil almaq istəyən hər bir kəs ofisimizə yaxınlaşaraq həm alacağı mənzillərlə, həm də Flex otaqlarla əyani şəkildə tanış ola biləcəklər. Belə ki, satış ofisimizdə nümunə mənzillərlə Flex otaqlar yolunuzu gözləyir.
Ünvan: Bakı Ağ Şəhər, Park rayonu.

Telefon: (012) 409 00 44(050) 409 00 44

Web: www.hunergroup.az
E-poçt: hq@hunergroup.az
Facebook: https://www.facebook.com/hunergroup/
Instagram: https://www.instagram.com/hunergroup
Youtube: https://www.youtube.com/channel/UCzhwuH7cKBZPuZUfrKEkn1g

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =

Close
Close