Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
İQTİSADİYYAT

Onlayn vahid ixrac ərizəsi dövlət qurumlarına təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) dünyada ilk dəfə Azərbaycanda yaradılan onlayn vahid ixrac ərizəsinin dövlət qurumlarına təqdimatı keçirilib.
Mərkəzin mətbuat xidmətindən “Yenigundem”-e bildirilib ki, Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli sahibkarların işini asanlaşdıran onlayn ixrac ərizəsi 4-cü sənaye inqilabı erasında Azərbaycanın dövlət sektorunda da texnoloji islahatların aparılması istiqamətində gedən işlərin önəmli tərkib hissəsi olduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycanda transsərhəd ticarətin genişləndirilməsi üçün sistemli iqtisadi islahatlar aparılır: “Xüsusilə xarici ticarət sahəsində tətbiq olunan yeni yanaşmalar beynəlxalq reytinqlərdə də mövqeyimizə müsbət təsir edib. Dünyanın Top 10 islahatçı ölkələr siyahısına liderlik edən Azərbaycanın qeydə alınan islahat tədbirlərindən biri də sərhəddə ticarət əməliyyatları və prosedurları ilə bağlıdır”.
N.Əsədli onlayn vahid ixrac ərizəsinin işləmə mexanizmi barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, onlayn vahid ixrac ərizəsinin tətbiqi vətəndaş-məmur təmasının minimuma endirilməsi, biznes mühitinin əlverişliliyinin artırılması, sərhədlərarası ticarətin aparılmasının sadələşdirilməsi sahibkarların xeyrinədir. Onlayn vahid ixrac ərizəsində təqdim olunan elektron pul kisəsi isə nağdsız ödənişlərin genişləndirilməsi, dövlət proqramında nəzərdə tutulan istiqamətdə ixrac proseduru zamanı rəqəmsal ödənişlərin genişləndirilməsi baxımından vacib rol oynayacaq.
Təqdimat zamanı onlayn vahid ixrac ərizəsindən bəhs edən 2 yeni videoçarx nümayiş olunub.
Qeyd edək ki, onlayn vahid ixrac ərizəsi www.azexport.az  portalı vasitəsilə fəaliyyət göstərir və bu linkdən https://dth.azexport.az/az/  istifadə oluna bilər.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 3 =

Close
Close