MƏDƏNİYYƏT

“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib

“Yenigundem” xəbər verir ki,tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və digər qonaqlar iştirak ediblər.

Mərasimdə gənc istedadlılar mükafatlandırılıblar. Həmçinin müxtəlif ali təhsil müəssisələrinin, musiqi məktəblərinin şagird və tələbələrinin, o cümlədən gənc aşıqların iştirakı ilə konsert proqramı təşkil olunub.

Tədbir gənc rəssamların, xalq tətbiqi-dekorativ və tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi və simli kvartetin çıxışı ilə davam etdirilib.

1-5 fevral tarixini əhatə edəcək “Gəncliyin səsi” festivalının məqsədi gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunmasıdır.

Festival çərçivəsində ASAN Könüllülərinin təşkilatçılığı ilə Bakı, Sumqayıt və Abşeronda, o cümlədən regionlarda yerləşən “ASAN Həyat” komplekslərində konsert proqramları, tamaşalar, komediyalar, filmlər nümayiş etdiriləcək, gənc rejissor və yazarlarla görüşlər təşkil olunacaq.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − five =

Close
Close