GÜNDƏM

Səhləbad kəndində növbəti səyyar qəbul-görüş keçirildi

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Səhləbad kəndində oldu.

“Yenigundem” xəbər verir ki,qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.Əvvəlcə Səhləbad kənd İƏD üzrə nümayəndə Cəbrayıl Yusibov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.Sonra vətəndaşların müraciətləri dinləndi. Sakinlərdən İman Almuradov, Ziya Mahmudov, Camal Aslanov əsasən suvarma suyu üçün subartezian quyusunun qazılması, kənddə yerləşən inzibati binaların təmiri, internetin zəif olması, kəndə əlavə telefon nömrələrinin verilməsi və digər məsələlər barədə müraciət  etdilər.Qaldırılan məsələlər nəzarətə götürüldü, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − two =

Close
Close