CƏMİYYƏT

Yevlaxda 2 fevral Gənclər günü münasibəti ilə tədbir keçirdi – FOTOLAR

Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatı, Yevlax şəhər Mədəniyyət Mərkəzi və Yevlax Şəhər Gənclər və İdman İdarəsi birgə bayram süfrəsi ətrafıda tədbir təşkil edib.

İstixəbər.info xəbər verir ki, tədbiri giriş sözü ilə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının I müavini YAP Yevlax rayon təşkilatı İdarə heyətinin üzvü Qənimət Qaraşov açaraq gəncləri təbrik etdi. O Cənab Prezidentimizin Azərbaycan gənclərinə xüsusilə region gənclərinə göstərdiyi diqqətdən söz açaraq Yevlax şəhərində tikiləcək Olimpiya Kompleksinin Yevlax gəncləri üçün ən böyük hədiyyə olduğunu dilə gətirdi.
YAP Yevlax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova , Gənclər Birliyinin sədri Ariz Mikayılov, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Gənclər siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən geniş söz açdılar. Bildirdilər ki, son illər rayonda Gənclər evi inşa olunub, təhsil ocaqlarında idman meydançaları zallar tikilərək istifadəyə verilmişdir. Yeni iş yerlərində çalışanların böyük əksəriyyəti gənclərdir. Zöhrə Adığıözəlova və Bünyamin Musayev çıxışlarında qeyd etdilər ki, təsadüfi deyil ki, Cənab Prezidentimizin yüksək qayğı və diqqəti sayəsində bu gün ölkəmizin bütün şəhər və rayonlarında gənclər irəli çəkilir. Onlara məsul vəzifələrin icrası həvalə olunur. Bu cür yüksək qayğıya görə Yevlaxlı gənclər adından ölkə Rəhbəri möhtərəm İlham Əliyev Cənablarına minnətdarlığımızı bildiririk.
Sonra YAP Yevlax Rayon Təşkilatının Sədr müavini Aparat rəhbəri Əli Quliyevşıxış edərək təntənəli bayram münasibəti ilə Azərbaycan gəncliyini təbrik etdi. O, Yeni Azərbaycan Partiyasının gənclərə yanaşma tərzindən danışaraq vurğuladı ki, Gənclər Partiyanın gələcəyə baxan gözü, ölkəmizin rifahı naminə nəzərdə tutulmuş inkişaf proqramını reallaşdıracaq ən aparıcı güvvəsidir. Sevinirik ki, bu gün Azərbaycan gəncliyi müsir inkişaf etmiş dövlətdə dövlət rəhbərinin bir başa qayğısı ilə çox sağlm ruhda formalaşıb inkişaf edirlər.
Sonda Partiyanın ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup gənc YAP Yevlax Rayon Təşkilatı və Yevlax şəhər Mədəniyyət mərkəzi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Partiya sıralarına yeni qoşulan bir qrup gəncə yeni partiya üzvülük vəsiqələri təqdim olundu.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 12 =

Close
Close