GÜNDƏM
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi vətəndaşa “zokqur” verib-VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası çərçivəsində layihə qalibi olan və təsərrüfata sahib işsiz vətəndaşlara ailəsini maddi baxımdan təmin etmək üçün heyvanlar verilib.
Amma layihə iştirak edən çoxsaylı kənd sakinləri onlara xəstə heyvan verildiyindən şikayət edirlər və bu haqda mütəmadi olaraq mətbuatda yazılar gedir.TİA.AZ xəbər verir ki, növbəti belə şikayətlərdən bir bu yaxınlarda Facebook sosial şəbəkəsində yerləşdirilib. Kadrlardan da görünür ki,Xaçmaz kənd sakininə verilən heyvan o qədər xəstə vəziyyətdədir ki,ayağa belə dura bilmir.Həmin videonu təqdim edirik.