GÜNDƏM

Valideyn övladından aliment tələb edə bilərmi?

Övladı böyüdüb boya-başa çatdıran valideynlərdir – ata və anadır. Övlad ise evin, ailənin güzgüsüdür. Valideynlərin uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsi olduğu kimi, yetkinlik yaşına çatmış övladların da valideynlərini saxlamaq vəzifəsi var.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa, onlara qayğı göstərməyə borcludurlar və onlardan məhkəməyə müraciət edib, aliment tələb edə bilər. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Müəyyən olunmuş aliment, ödəməli olan şəxsin qazancından və digər gəlirlərindən tutulur.
Qazanc və digər gəlirlər çatışmadıqda isə , aliment ödəməli olan şəxsin qanunla başqa əmlakına yönəldilə bilər. Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər :“Uşaqların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla müəyyən edilir”. Ata və anamızın bizim üzərimizdə olan haqqını heç bir şeylə ödəyə bilmərik. Çünki valideynin haqqını yalnız yaxşı övlad olmağımızla, həyatda yerimizi düzgün seçməyimizlə, vətənə və xalqa gərəkli övlad olmağımızla müəyyən qismini ödəmiş olarıq. Hər bir övlad ata-ana qocalan zaman ona baxmalı, onun qayğısını çəkməlidir.

Valideyn övladından aliment tələb edə bilərmi?Samirə Sedyarlı
Hüquqşünas

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 1 =

Close
Close