GÜNDƏMMANŞET

Abşeronda ağac “qətliamı”: kəsib üstünü torpaqladılar – Fotolar

İnsanlar hər zaman təbiəti qorumaq istəyəndə heç bir mexanizm işləmir. Ağaclar kəsilir, sonra cərimə, cəza yazılır, ancaq kəsilən ağacları yerinə bərpa etmək mümkün olmur.

Ulu Öndərin gözəl kəlamı var.  Heydər Əliyev deyirdi ki:  “Bir yaşıl ağac kəsiləndə elə bilirəm ki, mənim sağ qolumu kəsirlər”. Ulu Öndərin təbiətə, yaşıllığa bu qədər qiymət verməsinə baxmayaraq, Bakı şəhərində ağac “qətliamı” hələ də davam edir. Bəzən də gözümüzün önündə ağacları məhv edirlər. Növbəti ağac kəsimi hadisəsi  isə Abşeron Rayon İcra Hakimiyyətinə yaxın ərazidə baş verib.

RealMedia.az-ın əməkdaşı bu gün səhər saatlarında nümayəndəliyin qarşısından keçərkən şam ağaclarının kütləvi şəkildə kəsilərək üstünün torpaqla örtülməsinin şahidi olub. Hətta bir neçə ağac kökündən çıxarılıb.

Ərazidə olan bir neçə sakinlərin verdiyi məlumata görə, ağaclar nümayəndəliyin qarşısında kəsilir, ancaq heç bir tədbir götürülmür:

“Tanımadığımız şəxslər gəlib ağacları kəsib, sonra isə heç nə olmamış kimi ağacların kökünü çıxarıblar. Çıxara bilmədiklərinin üstünü isə torpaqla örtüblər. Məqsədləri də məlumdur. Təbii ki, burada ağacların olmadığını sübut etmək istəyirlər. Lakin məqsədlərinə çata bilmədikləri üçün torpaq töküb izi itirirlər”.

Maraqlıdır, sözügedən rayonun icra başçısı İradə Gülməmmədova niyə bu məsələyə göz yumur? Məqsəd və səbəb nədir? Bəs, görəsən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların “qətliamına” nə don geyindirib və necə ört basdır edəcək?

Əməkdaşımız sakinlərlə söhbəti yekunlaşdırıb həmin ərazidən kənarlaşsa da, RealMedia.az olaraq mövzunu diqqətdə saxlayacağıq. Məsələ ilə bağlı adıçəkilən qurumların mövqelərini dərc etməyə hazırıq.

Gülnarə Eynullaqızı

RealMedia.az

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 17 =

Close
Close