CƏMİYYƏTHADİSƏ

Gəncədə yol qəzası baş verib, yaralananlar var

Gəncə şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhərin Nizami Gəncəvi prospekti ilə hərəkətdə olan “VAZ-2107” və “Qazel” markalı avtomobillər toqquşub.

Nəticədə, “VAZ-2107” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan 2 sərnişin – Gəncə şəhər sakinləri, 1994-cü il təvəllüdlü Jamiq İxtiyar oğlu Abbasov və onun həmyaşıdı Müqayis Qalib oğlu Qəzənfərov müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Kürdəmirdə 1 nəfər yol qəzasında xəsarət alıb.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =

Close
Close