CƏMİYYƏT

2018-ci ilin ən fəal səfiri kim olacaq? – Sorğu başladı

İCMAL.az Analitik Təhlil Saytı (İCMAL ATM) və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) daha bir maraqlı sorğuya start verdi. Budəfəki sorğu “İLİN SƏFİRİ 2018” nominasiyası üzrə qalibin müəyyən edilməsi üçün keçirilir.

“Yenigundem” xəbər verir ki, budəfəki sorğu “İLİN SƏFİRİ 2018” nominasiyası üzrə qalibin müəyyən edilməsi üçün keçirilir.

Bu barədə Saytımıza məlumat verən İCMAL ATM-in və ASGA sədri Səbuhi Abbasov sorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd etdi:“Bu tip sorğular demək olar ki, bütün dünyada keçirilir. Avropa ölkələrində bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. İCMAL ATM və ASGA olaraq bir neçə istiqamətdə sorğular reallaşdırırıq. Bu sorğuda əsas məqsədimiz diplomatiya sahəsində həyata keçirilən yeniliklər haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaq, bu sahəyə olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki diplomatiya sahəsində olan uğurların nəticəsi kimi dəyərləndirilməlidir.”

Sorğu QHT-nin rəsmi internet səhifəsi www.ASGA.az saytında həyata keçirilir. Səsvermələr 11 fevral 2019-cu il tarixə qədər davam edəcək. 1-ci yerdə qərarlaşan respondet İCMAL.az Anlitik Təhlil Saytı redaksiyası və ASGA tərəfindən “İLİN SƏFİRİ 2018” nominasiyası üzrə qalib elan ediləcək, rəsmi plakat və medal təqdim olunacaqdır.

Bir daha məlumat üçün qeyd edirik ki, Sorğu QHT-nin rəsmi internet səhifəsi www.ASGA.az saytında həyata keçirilir.

Son 5 ildə reallaşan sorğuların qalibləri aşağıdakı səfirlərimiz olmuşlar:

 

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu

Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Vilayət Quliyev

Azərbaycan Respublikasinin Birləşmiş Ərəb Əmirliklərindəki Səfiri Daşqın Şikarov

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − twelve =

Close
Close