SOSİAL

Təzyiqi qalxan kişinin başı pilləkənə dəydi, öldü

Fevralın 5-də Mustafayev Rafiq Məmməd oğlunun başına təpə nahiyəsindən küt travma xəsarəti alaraq ölməsi barədə məlumat daxil olub.

“Yenigundem”in verdiyi xəbərə görə, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib. Ölümün səbəbinin müəyyən olunması məqsədi ilə məhkəmə tibb ekspertizası təyin olunub, digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin araşdırma zamanı müəyyən olunub ki, 1953-cü il təvəllüdlü Rafiq Məmmədov yüksək qan təzyiqi ilə bağlı keçirdiyi narahatlıqlara görə həkim müayinəsində olub. Fevralın 5-i saat 13 radələrində yaşadığı evə qayıdarkən qan təzyiqinin yüksəlməsi nəticəsində yıxılıb, başı evin pilləkəninə dəyərək təpə nahiyəsindən küt travma xəsarəti alıb və evdə vəfat edib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =

Close
Close