GÜNDƏM

ASAN Könüllüləri yenidən səhnədə

“Gəncliyin səsi” festivalı çərçivəsində təşkil olunan və “ASAN xidmət” mərkəzinin əməkdaşı Könül Hüseyinlinin quruluş verdiyi tamaşada 14 könüllü rol alıb.

“Yenigundem” xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunan 2 fevral Gənclər Gününə həsr olunmuş “Gəncliyin səsi” festivalının məqsədi gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunmasıdır.Festival çərçivəsində ASAN Könüllülərinin təşkilatçılığı ilə Bakı, Sumqayıt və Abşeronda, o cümlədən regionlarda yerləşən “ASAN Həyat” komplekslərində konsert proqramları, tamaşalar, komediyalar, filmlər nümayiş etdirilib, gənc rejissor və yazarlarla görüşlər təşkil olunub.

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 1 =

Close
Close