Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
MARAQLIMƏDƏNİYYƏT

“Klaustrofoblar” premyeradan 2 gün öncə “CinemaPlus”da – FOTO/VİDEO

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” kinoteatrında premyeradan iki gün öncə “Klaustrofoblar” psixoloji trillerin nümayişi baş tutub.

Kinoteatr növbəti dəfə öz dekorasiyası ilə qonaqları təəccübləndirib. Filmdə istifadə olunan kvest formatında qapalı məkanı imitasiya edən, içində halqalar şəffaf qutu formasında qeyri-adi dekorasiya quraşdırılıb. Qonaqlar və tamaşaçılar xatirə şəkilləri və selfi çəkdiriblər.

Nümayişə müxbirlərdən əlavə, məşhur ifaçılar, şoumenlər və bloqerlər dəvət olunub. Filmin rejissoru Adam Robitel “Klaustrofoblar”larda əsas rollardan birini oynayıb.

Rollarda Debora Enn Uoll, Taylor Labin, Teylor Rassel, Loqan Miller, Nik Dodani, Adam Robitel, Cessika Satton, Cey Ellis, Ceymi-Li Mani və Vere Tindale çəkiliblər.

Süjetin mərkəzində bir-birini tanımayan altı gəncin əhvalatı dayanır, hansı ki bir milyon dollar mükafatı olan kvestdə iştirak təklif olunub. İştirakçılar otaqdan çıxmalıdırlar, lakin tezliklə anlayırlar ki, yüksək texnoloji tələlər ilə dolu olan labirintə düşüblər. Qəhrəmanlar öz fərasətlərini və dözümlüklərini göstərməlidirlər, çünki mərcdə həyatlarıdır. Nəticədə, sağ qalmaq uğrunda tamamilə təsəvvür olunmaz döyüş başlayır.

Tədbirin təşkilinə Claustrophobia Baku kvesti və Red Bull dəstək göstərib.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 12 =

Close
Close