GÜNDƏMHƏRBİMANŞET

Şəhid polkovnik-leytenant Murad Mirzəyev Gürcüstanda anıldı Foto-video

Bu gün Gürcüstan ictimaiyyəti 1976-cı ilin 31 mart günündə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olan şəhid polkovnik-leytenantı, Murad Mirzəyevi andı.

Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti və Yenigundem.az saytının təsisçisi Nazir Hətəmovun təşkilatçılığı ilə,gürcüstanda yaşayan vətənpərvər həm yerlimiz Samir Hüseynov  Lembeli sakarajo rayonu ictimai məktəbində aprel döyüşlərində şəhid olan xüsusi təyinatlı qüvvələrin (XTQ) polkovnik leytenantı, Murad Mirzəyevlə bağlı tədbir keçirdilər.

Nazir Hətəmov qeyd etdi ki,hansı ölkədə olmağımıza baxmayaraq vətənin azadlığını hər şeydən uca tutaraq canlarından keçən şəhidlərimizi ziyarət edərək sil-silə tədbirlər keçiriləcək.

Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq!

Nazir Hətəmov qeyd etdi ki,yaxın vaxtlarda çalışacayıq ki,Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin Gürcüstanda büstü qoyulsun.

Qeyd edək ki,hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Nəticədə Murad Mirzəyev Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatıldı.

Murad Mirzəyev 2016-cı il Aprel Döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındaki yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur. Murad Mirzəyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =

Close
Close