XƏBƏRLƏR

Sovet qoşunlarının əfqanıstandan çıxmasının 30 illik yubileyi münasibəti ilə kiyevdə FOTO sərgi keçirildi

Ukrayna Əfqanstan Veteranları Birliyinin Kiyev şəhər şöbəsinin təşkilaçılığı ilə, 5 fevral 2019-ci il tarixində, Ukraynanın Kiyev şəhərində, Sovet qoşunlarının Əfqanıstan ərazisindən şıxmasının 30 illik yubliyi münasibəti ilə Ukraynanın ərazisində fəaliyyət göstərən Xarici dövlətlərin səfirliklərinin, diplomatik korpusların, Dövlət, qeyri dövlət veteran təşkilatlarının, hərbiçilərin və ictimayyət nümayyəndələrinin birgə iştirakı ilə Foto sərgi keçirildi.

Sərgidə keçmiş sovetlər birliyinin tərkibində olaraq əfqanısdanda beynəlmiləlçılık vəzifə borcunu yerinə yetirərək xidmət etmiş hərbiçilər haqqında maraqlı sənədli filimlər və foto şəkillər nümayiş etdirildi.

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun
Mətbuat xidmətindən “Yenigundem” e verilən məlumata görə,Azərbaycan Respublikasının Ukraniyada fövqaladə və səlahiyyətli səfiri Azər Xudiyev, səfirliyin Əməkdaşları və Azərbaycandan tədbirə rəsmi dəvət olunmuş, vaxti ilə sovet qoşunlarını tərkibində Əfqanısdanda xidmət etmiş və həmən vaxtlarda qoşunların tərkibində çıxmış, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov iştirak edərək Azərbaycanı təmsil edirdilər.Sərgidə iştirak edən səfirlərlə yanaşı, Azərbaycan Respublikasının Ukraniyada fövqaladə və səlahiyyətli səfiri Azər Xudiyev çıxış edərək, Sovet qoşunlarının Əfqanıstanda 1979-1989-ci illərdə 10 il müddətindəki müharibənin acı fəsadlarından və bu gündə əfqan xalqının insan təlafatına məruz qalması haqqında ürəkağrısı ilə danışaraq Əfqan xalqına Allahdan səbir dilədi.Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov foto sərgidə Azərbaycan Foto güşəsinin qarşısında dayanaraq tədbir iştirakşılarına, Əfqanısdanda xidmət etmiş Azərbaycanlı veteranlar haqqında ətraflı məlumat verərək bildirdi ki, Azərbaycandan 8500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak edib. Onlardan 219 nəfəri hərbi əməliyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb. Bundan əlavə 1400 nəfər Azərbaycan vətəndaşı müxtəlif vəzifələrdə mülkü işlərdə xidmət edib. Əfqanstan müharibəsi Azərbaycan Əfqanstan veteranları üçün cəsurluq, qorxmazlıq, mərdlik, fədakarlıq və igidlik ali məktəbi olmuşdur. Məhs bu məktəbin sayəsində, Azərbaycanın Əfqanstan veteranları, Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək təcrübəli keçmiş döyüşçü kimi,Azərbaycanın Milli Ordusunun yaranmasında xususi fəallıq göstərmişlər.
Əfqanstan döyüşçülərinin 4000 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş doyüşçü kimi, Azərbaycanın Milli Ordusunda ilk xüsusi təyinatlı döyüş batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 45 nəfəri şəhid, 76 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb, 7 nəfəri Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər Azərbaycan Bayrağı Ordeni, onlarla əfqan döyüşçüsü isə müxtəlif döyüş medalları ilə təltif olunublar. Hal-hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycanın Silahlı Qüvvələrində yüksək rütbələrdə müxtəlif vəzifələrdə xidməti vəzifələrini davam edirlər.Tədbirin təşkilaçıları, Ukrayna Əfqanstan Veteranları Birliyinin rəhbərləri və Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov, Foto-sərginin keçirilməsində göstərdiyi maddı və təşkilati dəsdəyə görə, Azərbaycan Respublikasının Ukraniyada fövqaladə və səlahiyyətli səfiri Azər Xudiyevə öz təşəkkürlərini bildirdilər.

Sərraf Orucov Ukraniya xalqı və qeyri hökümət, veteran təşkilatları ilə yaxından məkdaşlıq edib dostluq əlaqələrinin inkişaf etdirdiyinə görə, “Ənənələrə sədaqətə görə” qızıl medalı ilə təltif olundu. Tədbirin sonunda kansert proqramı təşkil edildi və sərgi iştirakçılar ilə xatirə şəkilləri çəkildi.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 13 =

Close
Close