GÜNDƏMMANŞET

Quba Rayon İşıq Idarəsinin Müdiri Prezidentin Göstərişinə Məhəl Qoymur-Şikayət

Qubanın işıq idarəsinin qaydaları  müdir Taleh Səfərovun özünə məxsusdur.  İstədilər şəxsin işığın kəsirlər,  istədiklərini də qanunsuz şəkil də cərmələyirlər. Quba rayonu işıq idarəsinin müdiri Taleh Səfərov  işıq sərfiyyatlarının qarşısın almaq üçün yeni iş metodu kəşf edib.
Belə ki, aylıq işıq pulları planı rayon üzrə yerinə yetrilməyəndə,  hər kənddə 5-10 tanışın əli ilə vətəndaşları qarşı qarşıya qoyur. Yəni kənd əhalisinin hansınınsa qonşunun-qonşudan acığı gəlirsə, işıq idarəsinə zəng vurur xəbər verir ki, qonşum qanunsuz işıq istifadə edir.  Bunu eşidən işıq nəzarətçiləri və mühəndislər hadisə yerinə gələrək,  dərhal vətəndaş xəbərdar olunmadan və ya heç bir fakt olmadan cərimə olunur, enerjinin  verilməsi dayandırılır. Maraqlısı odur ki,bu özlərinə məxsus taktikalar ancaq kasıb ailələr üçün istifadə olunur. Belə ki, bu günlərdə Xəbəral.az saytının Email ünvanına  Qubanın 2-ci Nügədi kənd sakini Səyyad Quluyev tərəfindən Quba rayon işıq idarəsi barəsində  maraqlı şikayət məktubu gəlib. Quba rayonu 2-ci Nügədi kənd sakini bildirir ki, təxminən 11 nəfərlik ailə qarandığa qalıb,  körpə uşaqlı evdə isinməyə heçnə olmadığından 3 gündür soyuqdan xəstəliyə tutulublar.
11 nəfərlik ailənin işığı qanunsuz olaraq kəsilib, enerji verilişi dayandırılıb. Heç bir xəbərdarlıq olunmadan güya ki, qonşu şikayət edib. Səyyad kişinin ailəsi qanunsuz hardansa (levi) işıq istifadə edirlər.
“Təxminən 3 gündür qaranlıqdayıq. Biz hansı dövürdə yaşayırıq ki, xəbərdar olunmadan vətəndaşın işığı kəsilsin? Kəsilməklə yanaşı heç bir bildiriş təqdim etmədən 1500 manat pul istənilir ki,işığı yenidən bərpa etsinlər.” 
Yəqin Quba rayon işıq idarəsinin müdiri Taleh Səfərovun  cənab prezident İlham Əliyevin məmurlar vətəndaşları incitməməsi ilə bağlı göstərişlərindən,  ya xəbərsizdir yada verilən göstərişləri saymır. Bizdə Xəbəral.az saytı olaraq əvvəlcə Quba rayon ışıq idarəsinin müdiri  Taleh müəllimlə əlaqə saxladıq ki, vətəndaşın şikayətinə aydlnlıq gətirək,  həm də bu problem aradan qalxsın.  11 nəfərlik bir ailənin elektirik eneriji verilişi bərpa edilsin. Taleh Səfərov faktı təsdiqləyərək  bildirdi ki, bəli vətəndaş 1500 manat ödəməsə işıq verilişi bərpa edilməyəcək.
Çox maraqlı və gülməlidir, Taleh müəllim onu da bildirdi ki, əgər vatsap nömrəniz varsa mənə,  bu nömrəmə yazın vətəndaşın necə cərimə olunmaq videosunu sizlərə göndərim. Bizdə vatsap nömrəmizi Taleh müəllimə desək də hələ heç bir xəbər yoxdur ki,yoxdur.
Məsələ ilə bağlı Azər işığın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb bildirdik, Tanrıverdi müəllimdə bizdən vətəndaşın sayğac kodunu istədi.  Bildirdi ki , məsələ həllini tapacaq,  heç kəsə işıq verilişi dayana bilməz. Nədənsə hələdə cavabdeh qurumdan da bir xəbər yoxdur.
Atıq bir neçə gündür bir ailə qarandığa qərq olub . Əgər vətəndaş qanunsuzluq edibsə də heç bir işıq idarəsinin haqqı yoxdur ki, kimisə qarandığa qərq etsin.
İnanırıq ki , yaxın müddətə vətəndaşın problemi öz həllini tapacaq Səyyad kişinin də ailəsinin işığı bərpa ediləcək
Qarşı tərfi dinləməyə və mövqeylərini dərc etməyə hazırıq.
Xəbəral.az 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =

Close
Close