CƏMİYYƏT

Dənizçilərə yubiley medalı təqdim olundu

ASCO-nun sədri Rauf Vəliyevin sərəncamına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülən əməkdaşlara medallar təqdim olunub.

“Yenigundem” xəbər verir ki,təqdimetmə mərasimində ASCO sədrinin birinci müavini Mübariz Cabbarov ölkəmizdə gəmiçilik sahəsinə göstərilən diqqət və qayğıdan danışıb.

O, mükafatçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Yubiley medalına layiq görülənlər öz növbəsində əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərinə söz veriblər.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 16 =

Close
Close