CƏMİYYƏT

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib- FOTOLAR

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş təşkil edib.

Görüş zamanı ölkədə yeni tətbiq olunan innovativ həllərin dövlət idarəçiliyində rolu haqqında məlumatlar təqdim olunub və bu həllərin geniş tətbiqi ölkə başçısının rəhbərliyi altında aparılan islahatların tərkib hissəsi olduğu bildirilib.

Azexport portalının meneceri Ayxan Qədəşov Portal vasitəsi ilə təqdim olunan onlayn vahid ixrac ərizəsinin iş prinsipi və sahibkarlıq subyektlərinə yaratdığı unikal imkanlardan danışıb. Bundan əlavə Azərbaycanda ilk dəfə olaraq azexport.az internet portalı vasitəsi ilə təqdim olunan sərbəst satış sertifikatının ölkəmizin ixrac coğrafiyasının genişləndirilməsində oynadığı mühim rol haqqında geniş məlumatlar təqdim olunub. Qeyd edək ki, tədbirdə Azexport.az internet portalı tərəfindən dəvət olunan və mərkəzi ofisi Cenevrədə yerləşən Beynəlxalq Ticarət Mərkəzinin (İTC) xarici ekspertləri də iştirak edib. Ekspertlər tərəfindən tələbələrə Alibaba və Amazon kimi nəhəng beynəlxalq elektron ticarət platformalarının yaratdığı imkanlardan özünəməşğulluq istiqamətində istifadə haqqında yeni bilik və bacarıqlar tədris olunub.

Tədbirin sonunda 100-ə qədər tələbəyə Azexport.az portalının meneceri Ayxan Qədəşov və İTC-nin eksperti Muhamed Es Fih tərəfindən sertifikatlar təqdim olunub.

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib-

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − four =

Close
Close