CƏMİYYƏTGÜNDƏMTƏHSİL

İcra başçısına sığınan məktəb direktorlarının özbaşınalıqları

Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin dekabrında yaradılmış Pirallahı rayonu dörd qəsəbədən təşkil edilib.

Bu qəsəbələrin bir rayonun tabeçiliyinə verilməsində məqsəd uzun zamanlar bu qəsəbələrin baxımsız halda olması ilə əlaqələndirilir. Problemlərin üst-üstə yığıldığı bu qəsəbələrdə Pirallahı rayonu təşkil edildikdən sonra ölkə başçısının göstərişlərinə əsasən bu qəsəbələrdə köklü yenidənqurma işləri aparıldı, infrastruktur layihələri həyata keçirildi.Uzun müddət baxımsızlıqdan bərbad hala düşmüş qəsəbələrarası və qəsəbədaxılı yollar yenidən quruldu, Pirallahı qəsəbəsinə yeni körpü çəkildi, parklar salındı,qəsəbənin ayrı-ayrı yerlərində istirahət guşələri, uşaqların əylənməyi üçün xüsusi yerlər ayrıldı, əhalinin mənzil kommunal problemləri qismən aradan qaldırıldı. Qeyd etmək xüsusilə yerinə düşər ki,rayonun inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqətindədir və buradakı problemlərin aradan qaldırılması üçün əlindən gələni əsirgəmir.

Pirallahı rayonu yarandıqdan buraya İcra Hakimiyyətinin başçısı kimi Vasif İmanov təyin edilib.Rəhbərliyə başlar, başlamaz Vasif İmanovun barəsində dövrü mətbuatda yazılanlara biz qayıtmaq istəməzdik.Onun bu rayonda abadlıq, quruculuq işlərinə ayrılmış büdcə vəsaitlərinin ayrı-ayrı yollarla mənimsəməsi barədə yazılanlar sadəcə bəzi əlavələr etmək istərdik. Qeyd etdiyimiz kimi rayon dörd qəsəbədən ibarətdir. Əhalisinin böyük əksəriyyətinin heft sahəsində çalışdığından burada daimi iş yeri yalnız rayonun məktəb və uşaq bağçaları, mədəniyyət evləri, xəstəxana və poliklinikalarındadr. Büdcədən maliyələşən 6 orta məktəbdə, 5 uşaq bağçasında, 3 mədəniyyət evi, bir musiqi məktəbi, uşaq yaradıcılıq mərkəzi,2 xəstəxana və polikliklinikalarda çalışanların sayı zənnimizcə o qədər böyük olmaz.
Verilən məlumatlara görə Pirallahı qəsəbəsində yerləşən 235 saylı tam orta məktəbdə xaos hökm sürməkdədir.Belə ki, məktəbdə təhsilin çox aşağı səviyyədə olmasını bildirən məlumatlı mənbənin sözlərinə görə şağirdlərin dərsə davamiyyəti çox aşağı səviyyədədir.Məktəbin direktoru Şahin Abdullayevin vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyini söyləyən məlumtlı mənbənin sözlərinə görə məktəbdə təlim tərbiyyə işləri nəzarət çox aşağı səviyyədədir. İş o həddə çatıb ki,tənəffüslərdə qızlar belə tualetdə siqaret çəkir və buna kimsə mane ola bilmir.Məlumat üçün bildirmək istərdik ki, hər ilin 14 fevral dünyada Valentin, yəni sevgililər günü kimi qeyd edilir. İş o yerə çatıb ki,Pirallahı rayonunun 235 saylı məktəbində də sevgililər günü ilə bağlı tədbir keçirilib və məktəbin direktoru Şahin Abdullayev buna razılıq verib. Məlumatlı mənbənin sözlərinə görə Şahin Abdullayevin idarəçiliyindəki neqotiv hallar tək bunlarla bitmir. O,özbaşına əməllərindən çəkinmir və arxasında İcra Hakimiyyətinin başçısı Vasif İmanovun durduğunu hər yerdə açıq-aşkar deyir.
Pirallahı rayonunda İcra hakimiyyətinin başçısı Vasif İmanova sığınan ikinci məktəb direktoru,daha doğrusu Gürgən qəsəbəsindəki 231 saylı tam orta məktəbin direktor əvəzi Əsədullayeva Nabatdır. Verilən məlumatlara görə 231 saylı məktəbdə də dərsə davamiyyət çox aşağı səviyyədədir. Yuxarı sınıf şagirdləri demək olar ki, dərsə gəlmir əvəzində Nabat xanımın “xüsusi razılığı” ilə repetitor yanına gedirlər. Bu yaxınlarda Təhsil Nazirliyinin boş qalmış məktəb direktorları vəzifəsinə vakant yerlərlə bağlı keçirilən imtahanda Nabat xanımın iştirak etmədiyini bildirən məlumatlı mənbənin sözlərinə görə o İcra Hakimiyyətinin başçısı Vasif İmanova arxayındır. İcra başçısının onu bu vəzifəyə təyin etdirəcəyinə arxayın olan Nabat Əsadullayevanın da işinin ciddi araşdırilmasına ehtiyac var. Məktəbdə müəllimlərlə Nabat xanım arasında yaşanan maaş söhbətlərınin də həmçının.

Bakı şəhər Baş Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin nəzərinə çatdırırıq. Pirallahı rayonundaki sözügedən təhsil ocaqlarına rəhbərlikb edənlər tərəfindən yol verilən özbaşınalıqlar şagirdlərin təlim tərbiyyəsinin,təhsilinin inkişafına deyil,uçurumuna yönəlib.

Əks tərəfin mövqeyini, Bakı şəhər Baş Təhsil İdarəsinin sözügedən məsələlərlə bağlı münasibətini dinləməyə hazırıq.

Aktualinfo.org

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − one =

Close
Close