CƏMİYYƏT

Dövlət Agentliyinin nümayəndə heyəti Uqandaya səfər edib

17-23 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Uqanda Respublikasına səfər edib. Səfər Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası və Uqandada “ASAN xidmət” modeli əsasında dövlət və özəl xidmətlər göstərən “one stop shop” mərkəzlərinin təşəkkül tapması prosesi çərçivəsində reallaşdırılıb.

Səfərin məqsədi Uqandada dövlət xidmətlərinin göstərilməsi sahəsində cari vəziyyətin qiymətləndirməsi və ehtiyacların müəyyən edilməsi olub.

Səfərin ilk günü Dövlət Agentliyinin nümayəndə heyəti Uqanda Respublikasının dövlət xidmətləri naziri Vilson Muruli Mukasa tərəfindən qəbul edilib. Görüşdə Dövlət Agentliyi ilə Uqandanın Dövlət Xidmətləri Nazirliyi arasındakı əməkdaşlıqdan bəhs olunub və qurumlar arasında 2018-ci il sentyabr ayında Bakıda imzalanmış Anlaşma Memorandumunun implementasiyasının əhəmiyyəti vurğulanıb. Nazir “ASAN xidmət” modelinin Uqandada tətbiqi ilə əlaqədar hazırlanmış fəaliyyət planının icrası çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyətinin ölkəsinə səfərinə böyük əhəmiyyət verdiklərini qeyd edib, həmçinin müvafiq sahə üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin bölüşülməsi istiqamətində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Səfər çərçivəsində Uqanda Respublikasının ictimai xidmətlər üzrə dövlət naziri David Karubanqa və Nazirliyin daimi katibi Katerin Musinqvire ilə də görüşlər keçirilib.

Səfər zamanı, həmçinin Uqandanın Xarici İşlər Nazirliyi, Milli İdentifikasiya Qeydiyyatı İdarəsi, İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi, Uqanda Qeydiyyat Xidmətləri Bürosu və Uqandanın Dövlət Xidmətləri Nazirliyinin tabeliyində olan İctimai Xidmətlər üzrə Komissiyanın yüksək vəzifəli nümayəndələri ilə görüşlər baş tutub.

Bundan əlavə Uqandanın Dövlət Xidmətləri Naziriyinin Kampala və Kasese şəhərlərində xidmət prosesi və Jinja şəhərində yerləşən Dövlət Xidmələri Kolleci ilə tanışlıq həyata keçirilib.

Tərəflər implementasiya prosesinin sürətləndirilməsi, xüsusilə də xidmətlərin formalaşdırılması ilə bağlı tədbirlər üzrə birgə razılığa gəliblər.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =

Close
Close