CƏMİYYƏTGÜNDƏM

“Azərbaycanın tarixi abidələri və erməni vandalizmi“ layihəsi çərçivəsində gənclərlə görüş keçirilib

Fevral ayının 24-ü “Azərbaycanın tarixi abidələri və erməni vandalizmi“ layihəsi çərçivəsində Sabunçu Gənclər Evində tədbir həyata keçirib.
Tədbirdə layihə əməkdaşları, tələbələr, yeniyetmə və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə layihə rəhbəri olan Şəhla Qarayeva açaraq tədbir iştirakçılarını salamlayıb, daha sonra layihə haqqında məlumat verərək bildirib ki, rəhbəri olduğu və həyata keçirdiyi bu layihə işğal altında olan tarixi abidələrimizin tanıdılması, onlar haqqında gənc nəslə detallı informasiyanın verilməsindən, eləcə də ictimaiyyətə bir daha erməni vandalizminə məruz qalmış abidələrimizin tanıdılmasından ibarətdir. Layihəni keçirməkdə əsas məqsəd tarixi yaddaşımızın və dağıdılmış tarixi-mədəniyyət abidələrimizin izlərinin silinməsinin, ya da onların erməni abidələri adı altında saxtalaşdırılmasının qarşısı almaqdır, həmçinin KİV vasitəsi ilə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində tarixi-mədəni abidələrimizə vurulmuş ziyan barəsində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə, eləcə də onların vasitəsi ilə beynəlxalq ictimaiyyətə əsil həqiqətləri çatdırmaqdır.
Daha sonra layihənin ümumi məqsədinə uyğun olaraq yeniyetmə və gənclərlə maarifləndirici söhbətlər aparılmış, işğal altında olan torpaqlarımızda yerləşən abidələr barəsində gənclərə informasiyalar verilibdir.
Qeyd edək ki, “Azərbaycanın tarixi abidələri və erməni vandalizmi“ layihəsi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 3 =

Close
Close