DÜNYA

Prezident Zərifin istefasını qəbul etmədi

İran prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını hələlik qəbul etməyib.

“Yenigundem” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın XİN nümayəndəsi Bəhram Kasemi bəyanat yayıb: “Bu gün hörmətli prezident administrasiyasnın qərarına əsasən, istefa qəbul edilməyib”.

Bundan əvvəl isə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Cavad Kərimi Qodusi Zərifin istefasının təsdiq edildiyini açıqlamışdı. Prezidentin rəsmi saytı isə hər hansı açıqlama verməmişdi.

Xatırladaq ki, Məhəmməd Cavad Zərif ötən gün İnstaqram səhifəsində istefa qərarını açıqlamışdı. O, 2013-cü ilin avqustundan xarici işlər naziridir.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 11 =

Close
Close