CƏMİYYƏTGÜNDƏM

Sabir qəsəbə tam orta məktəbdə Xocalı soyqırımı anıldı – FOTO

Sabir qəsəbə tam orta məktəbdə Xocalı soyqırımı anıldı

Xocalı faciəsindən 27 il ötür. Respublikanın hər yerində olduğu kimi Sabir qəsəbə tam orta məktəbində də Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi ilə başlandı. Daha sonra Xocalı faciəsi zamanı həlak olanların ruhları bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktoru Gulnurə Babaşova Xocalı faciəsi barədə geniş və məzmunlu çıxış etdi. O qeyd etdi ki, xain erməni quldurları 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə dünyada misli görünməmiş soyqırım cinayəti törətdilər. Bu faciə XX əsrin ən dəhşətli faciəsidir. Həmin gecə xalqımız, Xocalının dinc sakinləri xain qonşularımızdan çox ağır ağır zərbə aldıq. SSRİ-dən ayrılmağın qisasını çıxmaq istəyən rus şovinistləri də Azərbaycana dərs olsun deyə mənfur, xain düşmənlərimizə himayədarlıq etdi və Rusiyanın 366 saylı ikinci motoatıcı diviziysı Xocalını döyüş poliqonuna çevirdi. Xocalı sakinlərinə qarşı törədilən bu qanlı terrorda 366-cı polkun hərbiçiləri də xüsusi amansızlıqla iştirak etdilər. Xocalı sakinləri qışın şaxtalı və qarlı günündə, gecənin qaranlığında güllə, mərmi yağışının dəhşətində ayaqyalın, başıaçıq dağlara, meşələrə qaçırdı. Şəhər alovlar içində yanırdı. Onların harayına gələn, onları düşmən pəncəsindən xilas etməyə çalışan neçə-neçə igid oğullarımız-Azərbaycan əsgəri düşmən gülləsinə tuş gəldi.

G.Babaşova daha sonra bu soyqırım cinayətinin nəticələri, həlak olanlar və əsirlər barədə faktları qeyd etdi. Azərbaycan xalqının bu faciəni unutmadığını, faciə qurbanlarının qisasının günü-gündən güclənən ordumuz tərəfindən alınacağına əminliyini bildirdi.

Xocalı soyqırımının tarixindən danışaraq bu günün xalqımıza qarşı törədilmiş amansız bir terror olduğunu qeyd etdi. Şagirdlərin diqqətinə çatdırıldı ki,  dövlətimiz erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər və Xocalıda baş verənlərin  dünya ictimaiyyətinə çatdırılması və soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

Çıxış edən digər müəllimlər də vurğuladılar ki, 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.

Tədbirin sonunda şagirdlərin ifasında ədəbii bədii kompozisiya nümayiş olundu.

 

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =

Close
Close